Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından biri, el arasında Hacı Mirağa Xoşginabi adı ilə tanınan Seyyid İsmayıl Musəvinin ailəsində dünyaya gəlib.
İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində alıb. Tibb Kollecini bitirdikdən sonra Xorasanda, daha sonra yenidən Tehranda notariat və bank işlərində çalışıb. Ədəbiyyata maraq uşaqlıqdan olub, lakin daha da püxtələşməsində valideynlərinin də az rol oynamayıb. 7 yaşından Azərbaycan, 9 yaşından isə Fars dilində şeirlər yazsa da şairi Azərbaycan şeirinin ən yüksək zirvəsinə ucaldan ilk növbədə onun vətənpərvərlik və milli həmrəylik ideyası təbliğ edən əsərləri olub. Bütöv Azərbaycan olan Şəhriyar həyatının böyük bir hissəsini Azərbaycandan uzaqda, İranın müxtəlif şəhərlərində yaşamaq məcburiyyətində qalıb.
İran Ədəbiyyatının əsas klassiklərin dən sayılan Şəhriyar şeirlərini Azərbaycan və fars dillərində yazıb. Yaradıcılığının əsas ideyası İlk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub.
Məhəmmədhüseyn Şəhriyar uzun müddət davam edən xəstəlikdən sonra 18 sentyabr 1988-ci ildə 82 yaşında Tehranda vəfat edir və Təbrizin "Şairlər məqbərəsi"ndə dəfn olunur. Şairin əbədiyyətə qovuşduğu 18 sentyabr tarixi 2002-ci ildən İranda Milli Şeir və Ədəbiyyat günü kimi qeyd edilir.
Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun "Heydərbabaya salam" poemasıdır. Əsər əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, qüdrətinin böyüklüyünə görə bütöv Vətən haqqında dastan kimi qəbul olunur. Kitabları müxtəlif illərdə Tehran, Təbriz və Bakıda nəşr olunub.